Teleqraf.com xəbər verir ki, jurnalist Ruhulla Zam iddia edib ki, Türkiyədə 2015-ci il martın 31-də martında meydana gələn elektrik kəsilməsi İran tərəfindən təşkil edilən kiber hücum nəticəsində baş verib. Jurnalist iddia edib ki, İran 2015-ci ildə 3 dəfə fərqli kiber hücum həyata keçirib. İddialarını isbatlamaq məqsədilə jurnalist ortaya sənəd də çıxarıb.
Ruhulla Zam iddia edib ki, əlinə keçirdiyi sənədə əsasən, İran İnqilab Keşikçiləri Korpusunun kəşfiyyat strukturu 3 dəfə kiber hücum həyata keçirib.