Teleqraf.com xəbər verir ki, bunu"Ria Novosti"yə açıqlama verən Rusiyanın Azərbaycandakı səfirliyinin mətbuat attaşesi Denis Apaşkin deyib:
"Səfirlik Lapşinin vəkili və doğmaları ilə daim əlaqə saxlayır. Azərbaycan məhkəməsinin qərarına münasibət bildirmək iqtidarında deyilik. Səfirlik bundan sonra da Lapşinin hüquqlarının müdafiəsini təmin edəcək".
Lapşinin esktradisiyası məsələsinə münasibət bildirən Apaşkin xatırladıb ki, Azərbaycanla Rusiya arasında məhkumların vətəndaşı olduğu ölkədə cəzasını çəkməsi üçün ekstradisiya haqqında razılaşma var.