29 İyul 2017 13:00
735
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Biləsuvarda baş verən silahlı insidentlə bağlı məlumat yayıb.

DİN-dən Teleqraf.com-a verilən xəbərə görə, iyulun 28-də Biləsuvar rayonunun Günəşli kəndində 7 yaşlı Bəxtiyar Gözəlov evlərində ov tüfəngi ilə ehtiyatsız davrandığından açılan atəş dayısı qızı, 8 yaşlı Səbinə Qasımlının baş nahiyəsinə dəyib və nəticədə uşaq hadisə yerində ölüb.

Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən hadisə yerindən “TOZ-16” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər