Teleqraf.com ura.ru-ya istinadla xəbər verir ki, hadisə zamanı Tuvadan olan 60 nəfərlik dəstə ilə yerli qarnizonun əsgərləri dalaşıblar.
Kütləvi dava zamanı 1-i zabit olmaqla 14 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Məlumatlara görə, Rusiya Müdafiə naziri Sergey Şoyqu xüsusi yoxlama qrupu ilə Sverdlovsk vilayətinə gəlib.
Faktla bağlı araşdırmalara başlanıb.