Teleqraf.com lent.az-a istinadən xəbər verir ki, hadisə 20-ci sahə adlanan ərazi ilə Ələt qəsəbəsi arasında sərnişin daşıyan 195 saylı marşrut avtobusunda qeydə alınıb. 1982-ci il təvəllüdlü Aynurə Aslanova polisə şikayət edərək bildirib ki, qohumu, 28 yaşlı Adışirin Aslanov avtobusda ona hücum edərək döyüb.
Qadının müraciəti əsasında araşdırma aparılır.