25 Avqust 2017 20:28
1 266
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə qadın deputata qarşı bombalı hücüm olub.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, AKP-nin Trabzondan olan qadın millət vəkili Ayşe Sula Köseoğlu Hakkari yolunda sui-qəsdə məruz qalıb.

PKK terrorçuları kustar üsulla hazırlanan bombanı Köseoğlunun keçdiyi yolda quraşdıraraq keçid zamanı işə salmaq istəyiblər. Amma bomba partladılmadan aşkar edilərək zərərsizləşdirilib.

Xanım deutat “Təəssüflər olsun ki, PKK-lı xainləri öz əməllərindən dönmürlər. Yenə bir alçaqlığa imza atmaq istədilər, ancaq bacara bilmədilər. Bizlər bu ölkənin hər qarış torpağını gəzərək qardaşlarımızın əlindən tutmağa davam edəcəyik. Buna heç bir güc mane olmayacaq”, – deyə məsələyə münasibət bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər