Türkiyədə məşhur televiziya aparıcısı Vatan Şaşmaz qətlə yetirilib.
Teleqraf.com xəbər verir ki, o, İstanbulun Beşiktaş rayonu ərazisindəki məşhur otellərdən birində odlu silahla qətlə yetirilib. Oteldə aparıcı ilə yanaşı bir qadın da güllələnərək qətlə yetirilib.
Polisin ilkin ehtimalına görə, Şaşmaz sevgilisi, model Filiz Aker tərəfindən öldürülüb. 43 yaşlı sevgilisini belindən güllələyən model daha sonra öz başına atəş açaraq intihar edib.
Bildirilir ki, cütlük arasında mübahisə olub. Bu zaman Aker otağı tərk etmək istəyən aktyora 4 dəfə atəş açıb.