5 Sentyabr 2017 09:20
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Filadelfiya şəhərində avtomobil kütləyə çırpılıb.

Bu barədə NBC telekanalı xəbər verib.

Qəza nəticəsində 8 nəfər xəsarət alıb. Müxtəlif dərəcəli xəsarət alan yaralılar xəstəxanalara çatdırılıb. İnsident Əmək gününə həsr edilən küçə şənliyi zamanı baş verib.

İlkin versiyaya görə, qəzanı qadın sürücü törədib. Yoxlama zamanı onun içkili olduğu üzə çıxıb.

\APA\


Müəllif: Teleqraf.com