Myanma hökuməti Baqladeş ilə sərhədə mina döşəyib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu, Baqladeşə qaçan terrorçuların geri qayıtmasına mane olmaq istəyi ilə əsaslandırılıb.
Məlumatlara görə, 3 gün müddətində bütün sərhəd zonaları minalanacaq.
Qeyd edək ki, avqustun 25-dən Myanmada müsəlmanlara qarşı törədilən qətliamlar zamanı min nəfər həlak olub.