11 Sentyabr 2017 15:02
661
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatalada avtomobil yanıb.

APA-nın məlumatına görə, bu gün saat 13:40 radələrində Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Əkinçilik İnstitutunun nəzdindəki Zaqatala Bölgə Təcrübə Stansiyası ərazisində stansiyanın direktoru Nəbi İsmayıl oğlu Kərimova məxsus, “Niva” markalı, 10 TT 849 dövlət nömrə nişanlı minik avtomobili dayandığı yerdə qəfildən yanmağa başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları içərində olan sənəd və əşyalarla birlikdə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com