Yunanıstanın paytaxtı Afinadakı Türk Hava Yollarının ofisinə hücum olub.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bir qrup şəxs ofisə hücum çəkərək qapı-pəncərələri qırıb. Ancaq onlar şirkətə daxil ola bilməyiblər.
Hücuma görə məsuliyyəti Ruvikonas anarxistləri öz üzərinə götürüb.