14 Sentyabr 2017 23:20
812
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Müdafiə Nazirliyi "Velikiy Novqorod" və "Kolpino" sualtı qayıqlarından "Kalibr" raketləri ilə İŞİD-in mövqelərinə endirdiyi zərbələrin videogörüntülərini yayıb.

"Report" xəbər verir ki, ümumilikdə yeddi qanadlı raket atılıb.

Zərbələr Suriyanın hökumət qüvvələrinin Deyr-əz-Zor əyalətində daha sürətlə irəliləməsini təmin etmək olub. Raketlər eyniadlı şəhərin cənub-şərq ətraflarında rabitə məntəqələri və silah-sursat anbarlarını məhv edib.

Qeyd olunur ki, hədəflər sualtı qayıqlardan 500–670 km məsafədə olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər