28 Sentyabr 2017 11:52
1 043
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq Türkman Cəbhəsinin Kərkük şəhərində yerləşən iki ofisinə silahlı hücum edilib.

Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, hücum Kərkükdəki Türkman Cəbhəsinin qurduğu Fazil Antik Kültür Dərnəyinə və Qala Bürosuna edilib.

Kərkük polisi bildirib ki, hücumu naməlum şəxslər həyata keçirib və daha sonra hadisə yerindən qaçıb.

Ölən və yaralanan olmasa da, İraq Türkman Cəbhəsinin ofislərinə ziyan dəyib.

Qeyd edək ki, Şimali İraq Kürd Muxtariyyətinin sentyabrın 25-də keçirdiyi referendumundan sonra Kərkükdə komendant saatı tətbiq olunur.


Müəllif: Cavad

Oxşar xəbərlər