Azərbaycan Ali Sovetinin sədri olmuş Yaqub Məmmədov sabiq prezident Ayaz Mütəllibovla münasibətlərindən danışıb.
O, Teleqraf.com-a açıqlamasında bildirib ki, sonuncu dəfə Mütəllibovla mərhum oğlunun 40 mərasimində görüşüb: "Ondan sonra görüşümüz olmayıb. Nə o, məni axtarıb, nə də mən onu".
Y.Məmmədov qeyd etdi ki, siyasi proseslərə qoşulmur, elmi işlərilə məşğul olur: "Bir neçə gündür xəstəyəm, Tibb Universitetinə gedə bilmirəm. Bütün hallarda elmi fəaliyyətlə məşğul oluram. Ali Sovetin sədrliyindən sonra siyasətə qoşulmamışam".
Y.Məmmədov 1992-ci ildə eks-prezident Ayaz Mütəllibov hakimiyyətdən istefa verəndən sonra onun vəzifələrini müvəqqəti icra edib. Eyni zamanda Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gələnədək keçmiş Ali Sovetin sədri vəzifəsində çalışıb.
Ayxan