1 Noyabr 2017 12:21
801
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ İrana qarşı sanksiyaların icrasına başlayıb.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi terroru dəstəklədiyini əsas gətirərək İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) yeni sanksiyalar tətbiq etdiyini açıqlayıb.

Qeyd edilir ki, İran İnqilab Keşikçiləri Korpusuna aid bəzi birliklər sanksiyalar siyahısına əlavə edilib.

Yeni qərara görə, İran İnqilab Keşikçiləri Korpusunun Hava Qüvvələri, artilleriya birlikləri və digər strukturları artıq sanksiya siyahısındadır.

Bundan başqa, sanksiya siyahısına qurumun komandanı, general Məhəmməd Əli Cəfəri başda olmaqla 5 generalın adı da salınıb.


Müəllif: Cavad

Oxşar xəbərlər