Suriyanın Deyr-əz-Zor şəhərin yaxınlığında terror aktı baş verib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə zamanı minalanmış avtomobil qaçqınların yaşadığı bölgədə partladılıb.
Partlayış nəticəsində çox sayda dinc sakin həlak olub.
Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.