Mingəçevirdə mənzildə 59 yaşlı kişi meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilәn xəbərdә bildirilir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1958-ci il təvəllüdlü Mahmud Məhəmməd oğlu Qasımovun meyitini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb