8 Dekabr 2017 14:48
1 174
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ayla” filminin real qəhrəmanı Süleyman Dilbirliyinin arvadı da ölüb

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, 1950-ci ildə Koreya müharibəsində koreyalı Kimə mənəvi atalıq etmiş Süleyman Dilbirliyinin həyat yoldaşı Nemət Dilbirliyi də acıya dözməyərək həyatını itirib.

Dünən orqan çatışmazlığından dünyasını dəyişən Süleyman Dilbirliyi üçün bu gün cümə namazından sonra keçiriləcək dəfn mərasimi ikindi namazına kimi təxirə salınıb.

Ər-arvad eyni vaxtda torpağa tapşırılacaq.

Qeyd edək ki, gizir Süleyman Dilbirliyi Koreya müharibəsi zamanı ailəsini müharibədə itirən 5 yaşlı koreyalı qız uşağına Ayla adı verərək saxlayıb.

Bu fakt əsasında Türkiyədə "Ayla" adlı film çəkilib.


Müəllif: Şəfiqə

Oxşar xəbərlər