Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Xarici İşlər naziri Şeyx Abdullah bin Zayedin Tvitterdə türkləri təhqir etməsi Türkiyəni qəzəbləndirib.
Teleqraf.com-un məlumatına görə, məsələ ilə bağlı Türkiyə prezidentinin sözçüsü İbrahim Qalın açıqlama verib:
“Cənab Zayedin türkləri və ərəbləri yenidən qarşı-qarşıya qoymaq üçün yalan dolu fikir paylaşması utancvericidir. O vaxt ingilis planlarına qarşı Mədinəni cəsurluqla müdafiə edən Fəxrəddin Paşa olub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana hücum etmək yeni dəbdir?!”
Qeyd edək ki, ərəb nazirin tvitində Mədinə şəhərinin müdafiəçisi Fəxri Paşanın müharibə zamanı cinayətə əl atdığı, ərəblərdən pul və qiymətli əşyalar oğurladığı qeyd olunub. Paylaşımın sonunda isə bunlar "Ərdoğanın babaları və onların ərəblərlə davranışı" kimi qeyd olunub.