Dekabrın 22-də saat 15:15-də naməlum şəxs mobil telefonla FHN-in “112” Xidmətinə zəng edib, Cəlilabad rayonunun Qarazəncir kəndində bomba partlayacağını deyərək əlaqəni kəsib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, məlumat “102” Zəng Mərkəzi Xidmətinə ötürülüb.
Dərhal birgə təxirəsalınmaz tədbirlər həyata keçirilib, məlumat təsdiqini tapmayıb.
Araşdırmalar zamanı zəngi Cəlilabad rayonunun Sabirabad kənd sakini, 10 yaşlı ruhi xəstə uşağın vurduğu müəyyən edilib.