Türkiyənin Bolu vilayətində kişi boşamaq istədiyi qadını öldürmək üçün dostunu killer tutub.
Teleqraf.com xəbər verir ki, kəsici alətlə silahlanan 32 yaşlı İ.P qadını öldürmək üçün onun yaşadığı binanın qarşısında gözləyib. Qadın binaya girər-girməz silahlı hücuma keçib. Bir neçə yerindən yaralanan qadının səsinə qonşular çıxıb. Silahlı şəxs qaçaraq hadisə yerindən uzaqlaşıb.
Yaralı dərhal xəstəxanaya çatdırılıb. Qadının əri E.K və İ.P həbs edilib.
Görüntülər binanın təhlükəsizlik kamerasının yaddaşına həkk olunub.