Milli Məclisin üzvü Qənirə Paşayeva türk dünyasının millət vəkillərinə, siyasətçilərinə müraciət edib.
Teleqraf.com-un məlumatına görə, deputatın Facebook sosial şəbəkəsindəki müraciətində “3 gün içində 13 şəhid verdiyimiz Qarabağı unutmayın" ifadəsi qeyd olunub:
“Türk dünyasının qardaş millət vəkilləri, siayasətçiləri! Cəmiyyətə örnək olacaq mesajlarınızda Ermənistanın işğalı altında olan Qarabağı unutmayın! Türk dünayasının jurnalistləri! Ermənistanın işğalı altında olan məscidləri dağıdılan, 3 gündə 13 şəhid verdiyimiz Qarabağı, 1 milyon qaçqını unutmayın! Türk dünyasında konsert verən sənətçilərimiz! Konsertlərinizdə Ermənistanın işğalı altında inləyən, 3 gündə 13 şəhid verən Qarabağı unutmayın!".