28 Dekabr 2017 16:05
737
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Qazax yolunun Karrar kəndindən keçən hissəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Süleyman Quliyev idarə etdiyi traktorla hərəkətdə olarkən yolu keçmək istəyən kənd sakini Yusif Rüstəmovu vurub.

Yusif Rüstəmov aldığı xəsarətdən hadisə yerində ölüb.

Digər ölümlə nəticələnən nəqliyyat hadisəsi isə Bakı-Qazax magistralının Kürdəmir rayonunun Qarabucaq kəndindən keçən hissəsində baş verib.

Xırdapay kənd sakini Nadir İsgəndərov yolu keçmək istəyərkən onu naməlum avtomobil vurub və hadisə yerindən uzaqlaşıb.

Hadisəni törətməkdə şübhəli bilinən “Kamaz” markalı avtomobilin sürücüsü, Qaradağ rayon sakini Elgün Zeynalov Zərdab istiqamətində hərəkətdə olarkən saxlanılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov