Dekabrın 29-da Şəki rayonunun yaylaq ərazisində baş verən yanğın küləkli hava şəraiti ilə əlaqədar Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Kiş meşəbəyliyinin 3 saylı dolayına keçib.
Teleqraf.com xəbər verir ki, yanğın dünən Fövqəladə Hallar Nazirliyinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının ciddi səyləri nəticəsində söndürülüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova “Report”a bildirib ki, naməlum səbəbdən baş verən yanğın 1,2 hektar ərazini əhatə edib, nəticədə quru ot örtüyü və xəzəl yanıb. Ağaclara ziyan dəyməyib. Hazırda yanğının baş vermə səbəbləri araşıdırılır.