5 Yanvar 2018 15:06
1 313
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Fransa səfəri zamanı Fransa-İtaliya birgə istehsalı olan SAMP/T hava hücumundan müdafiə sistemi ilə bağlı saziş imzalayacağı xəbəri yayılıb.

Teleqraf.com SAMP/T sistemi ilə bağlı bəzi məlumatları təqdim edir:

SAMP/T kompleksi mexanikləşdirilmiş bölmələrin və birləşmələrin, eləcə də vacib stasionar obyektlərin hava hücumundan müdafiəsi üçün nəzərdə tutulub.

Sistemin yaradıcısı və istehsalçısı “Yevrosam” şirkətiridir. Şirkət 1989-cu ildə hava hücumundan müdafiə sistemlərinin hazırlanması üçün yaradılıb.

Sonuncu dəfə 2013-cü il martın 6-da İtaliya və Fransa tərəfindən sınaqdan keçirilib. Sınaq uğurlu alınıb.

SAMP/T zenit-raket komplekslərində “Aster 30” idarəolunan zenit raketləri istifadə edilir.

Kompleks 360 dərəcədə atəş açmaq gücünə malikdir. Sistemi 2 nəfər idarə edir. 10 saniyəyə 8 raket ata bilir.

Sistem eyni anda 10 hədəfi vurmaq, 50 hədəfi izləmək və 16 raket atmaq qabiliyyətinə malikdir.

Aster 30 raketləri 120 kilometr məsafədəki hədəfi məhv etmək gücündədir.

Qeyd edək ki, Azərbaycan 2014-cü ildə SAMP/T komplekslərinin alışı ilə bağlı Fransa ilə müqavilə bağlayıb.


Müəllif: Samir İsayev

Oxşar xəbərlər