5 Yanvar 2018 19:38
934
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzər dənizində zəlzələ qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, yeraltı təkanların təxminən 10-15 saniyə davam edib.

Zəlzələ Sumqayıt şəhərində də hiss olunub.

***

Xəzər dənizinin Azərbaycan sektorunda zəlzələ baş verib.

Bu barədə Teleqraf.com-a Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

İlkin məlumatlara əsasən, yerli vaxtla saat 18:54-də Nardarandan 24 km şimalda Xəzər dənizində zəlzələ qeydə alınıb.

Maqnitudası 2.7, dərinliyi 5 km olan zəlzələ dəniz kənarı yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər