Türkiyənin tanınmış iş adamı Adəm Yılmaz faciəvi şəkildə ölüb.
Teleqraf.com xəbər verir ki, mebel sənayesinin ən önəmli şəxslərindən olan, “Delta Mebel” şirkətinin sahibi A.Yılmaz sahibi olduğu fabrikin damından yıxılaraq dünyasını dəyişib.
İş adamının ABŞ-da yaşayan oğlunun həyəcan keçirməməsi üçün doğmaları xəbəri bir müddət gizli saxlayıblar. A.Yılmaz bu gün torpağa tapşırılacaq.