1 Fevral 2018 08:42
3 265
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Dini işlər naziri Əli Ərbal Ankarada jurnalistlərlə görüşündə din xadimi Adnan Oktar sərt tənqid edib.

Teleqraf.com xəbər verir ki, Ə.Ərbal A.Oktarın ağlını itirdiyini bildirib.

Ə.Ərbala görə, adamın tüklərini biz-biz edən belə görüntülərə baxmaq düzgün deyil:

"Bu adam vaxtilə yəhudilik, masonluq kitabları yazan qrupun başqanı idi. İndi özünü mason adlandırır. Ağlını qaçırıb. Cəzasını aldı. Yəhudilərə, masonlara həqarət etdiyi üçün cəza aldı. Atatürkə həqarət etdiyi üçün də cəzalandırılıb. Həbsdə yatıb. Amma indi özünü ən böyük atatürkçü sayır. Ağlı pozulub. Onun televiziyasını bağlatmaq səlahiyyəti bizdə deyil. Səlahiyyət sahibləri o telekanalı bağlatmalıdırlar. "İnşallahlar, maşallahlar" havada uçur, özünə dini komanda düzəldib, qızları rəqs etdirir. Belə bir şey ola bilərmi?"


Müəllif: Ayxan

Oxşar xəbərlər