Rusiya ilə Türkiyə arasında 2020-ci ildə ikinci S-400 razılaşması imzalanacaq.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Rusiya Müdafiə Nazirliyindən olan mənbə məlumat verib.
O bildirib ki, razılaşma ilə bağlı Ankara və Moskva arasında danışıqlar gedir:
“İkinci S-400 hava hücumundan müdafiə sistemlərinin təhvil verilməsinin 2021-ci ildə başa çatması gözlənilir. Bundan başqa, ikinci müqavilədə türk şirkətlərinə S-400 raketlərinin bəzi hissələrinin istehsalına icazə lisenziyasının verilməsi də nəzərdə tutulub”.