26 Fevral 2018 01:42
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyanın şərq sahilində 5,7 bal gücündə zəlzələ olub.

Teleqraf.com xəbər verir ki, ölkənin seysmoloji xidmətindən verilən məlumata əsasən, yeraltı təkanlar yerli vaxtla bazar ertəsi günü 01:28-də qeydə alınıb. Zəlzələ Minamisoma şəhərindən 73 km şərqdə baş verib.

Təbii fəlakətin ocağı 40 km dərinlikdə yerləşib. Sunami təhlükəsi elan olunmayıb, dağıntı və təlafat barədə məlumat daxil olmayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər