27 Fevral 2018 15:38
1 143
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan ordusunun diversantı Arsen Baqdasaryan 2014-cü ilin dekabrın 26-da qoşunların təmas xəttində mina basdırarkən Azərbaycan Ordusu tərəfindən tutulub.

Məhkəmənin hökmü ilə o, 15 il müddətinə azadlıqdan məhrum edilib. A.Baqdasaryan Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın əmri ilə böyük cinayət törətdiyini etiraf edib.

Həbsxanada bizim dildə danışmağı öyrənən Arsen Baqdasaryan Azərbaycan bayrağını da başının üstündən asıb. O, bayrağı özü hazırlayıb.

Baxmayaraq ki, Arsen cinayət törədib, ona Azərbaycanda heç bir zorakılıq tətbiq edilməyib. Bunu o, “Qarabağ: əsirlər və girovlar - Közərən Xaç” filminin çəkilişi zamanı etiraf edib.

Arsen Baqdasaryan həbsxanadan Ermənistana mesaj da verib. Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti vasitəsilə o, ailəsi ilə tez-tez əlaqə saxlayır. Hətta qardaşını yeni doğulan uşağına görə təbrik edib. (XəzərTV)


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər