Türkiyənin İstanbul şəhərində əlverişsiz hava şəraiti hökm sürür.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, güclü duman səbəbindən Şəhidlər körpüsü və Fateh Sultan Mehmet körpüləri gözdən itib.
Dəniz səfərlərinin təxirə salındığı bildirilib. Nəqliyyatın hərəkətində ciddi problemlər yaranıb.