Tehranda həbs olunan amerikalıların taleyi ilə bağlı danışıqlar ABŞ-ın İrana münasibəti dəyişəcəyi təqdirdə baş tuta bilər.
Teleqraf.com xəbər verir ki, bu sözləri İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib.
“Siz İrana hörmətsizlik göstərib danışıqlarda iştirak etmirsiz, rejimin dəyişikliyi ilə bağlı illüziyalar da daxil olmaqla etirazlarınızı açıq şəkildə ifadə edirsiz. Diqaloq üçün heç bir yol qoymursuz”, - deyə Zərif bildirib.
Bununla yanaşı, İran XİN rəhbəri bildirib ki, həbs olunan amerikalıların sağlamlığının qorunması ilə bağlı bütün tələblərə əməl edilir.