Sosial şəbəkələrdə qısa müddətdə fenomenə çevrilən Rusiyanın məşhur modeli Svetlana Bilalova bu dəfə Azərbaycana jest edib.
Teleqraf.com xəbər verir ki, o, Bakıda olarkən, çəkdirdiyi fotosunu İnstaqramda paylaşaraq bir neçə gün əvvəl Azərbaycanda olduğunu izləyicilərinə xatırladıb.
Fotoya azərbaycanlı izləyicinin qəribə rəyi də diqqətdən yayınmayıb.
Əvvəlcə modelə "salam" verən Rəşad Baxşəliyev adlı izləyici daha sonra Azərbaycan dilini bilməyən Svetlanadan öz dilimizdə soruşur: "Öz şəklinizdir?".
Qeyd edək ki, Svetlana Bilalova Formula 1 yarışları üçün aprel ayının son günlərində Bakıya gəlmişdi. 6 milyon izləyicisi olan model Bakıda olarkən, şəxsi İnstagram hesabında burada çəkdirdiyi şəkil və videoları paylaşaraq paytaxtımız haqqında xoş sözlər yazmışdı.
Teleqraf.com modelin həmin şəklini təqdim edir: