13 İyun 2018 10:59
837
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güclü leysan nəticəsində evlərin həyətini su basmış Balakənin Katex kəndində sakinlərin yaşayışı üçün problem yoxdur.

Bu barədə Teleqraf.com-a Balakən Rayon İcra Hakimiyyətinin şöbə müdiri Nurullah İbrahimov deyib.

Onun sözlərinə görə, güclü sel nəticəsində müəyyən problem yaransa da yollarda gediş-gəliş bərpa olunub: “Kənd dağın ətəyində yerləşdiyindən 1-2 saat ərzində baş vermiş daşqın əraizdə dağıntılara səbəb olmuşdu. Kənd sakinlərinin həyətinə gedən 10-a yaxın körpü dağılmışdı”.

Nurullah İbrahimovun sözlərinə görə, güclü yağışlar tütün, qarğıdalı və taxıl sahələrinə müəyyən qədər zərər vurub: “Hazırda çayda sululuğun səviyyəsi aşağıdır”.

Qeyd edək ki, ötən gün güclü yağışlar səbəbindən Balakən rayonu Katex kəndi yaxınlığından keçən Dəli çayda suyun səviyyəsi qalxmışdı. Nəticədə kənd ərazisində 20-dən artıq evlə əlaqə kəsilmiş, 680-dən çox evin həyət və zirzəmisini su basmışdı.


Müəllif: Naibə Qurbanova

Oxşar xəbərlər