13 İyun 2018 16:22
1 026
12 Punto 14 Punto 16 Punto 18 Punto

FHN Bakıda boya sexində baş vermiş güclü yanğınla bağlı məlumat yayıb.

Teleqraf.com nazirliyin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonu ərazisində boya sexində yanğın baş verib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerindədir. Yanğın məhdudlaşdırılıb.

Ətraf ərazilərə təhlükə yoxdur. Əlavə məlumat veriləcək.

***

16:03

Bakıda, Baş Dövlət Yol Polisi binasının arxasında zavod yanır.

Axar.az xəbər verir ki, yanğın Xırdalan şossesindəki Panda boyası zavodunda baş verib.

Hazırda əraziyə FHN-in yanğınsöndürmə qüvvələri cəlb olunub.


Müəllif: Teleqraf.com