Mingəçevirdə İES-də yanğın söndürülüb.
Partlayış 6-cı blokda baş verib. Həmin blok enerji istehsalı ilə məşğul olur və paylayıcı stansiyalara enerji ötürür. Yanğın məhz bu blokda baş verib. Yanğın söndürülüb.
Hadisənin ilkin səbəbi kimi həddindən artıq yüklənmə göstərilir.
Hadisə yerinə FHN-nin qüvvələri cəlb olunub və artıq 6-cı blokda və yarımstansiyada baş verən yanğın söndürülüb.
***
01:25
Mingəçevir şəhərində fəaliyyət göstərən ölkənin ən böyük elektrik stansiyası olan Azərbaycan İES 1-ci və 6-cı enerji blokunda partlayış baş verib hal hazırda yanğın davam edir.
FHN-nin Mingəçevir və ətraf rayonlardan olan yanğından mühafizə hissələri hadisə yerinə cəlb olunub.
Hadisənin səbəbi hələlik məlum deyil. Hazırda ölkənin əksər rayonlarında elektrik enerjisinin verilişi dayanıb.
\APA\
01:10
Mingəçevir şəhərində yerləşən "Azərbaycan" İstilik Elektrik Stansiyasında qəza baş verib.
“Report” Şirvan bürosu xəbər verir ki, ehtimala görə, İES-də enerji bloklarından birinin fəaliyyətini dayandırması nəticəsində Bakı və Sumqayıt şəhərləri də daxil olmaqda, Şirvan, Gəncə, Ağdaş, Bərdə, Qax, Zaqatala və digər əksər rayonlarda işıqlar sönüb.
"Azərişiq" ASC-nin sədri Baba Rzayev başda olmaqla bütün işçilər təcili qaydada işə çağırılıb. Hadisənin səbəbləri araşdırılır.Bunu "Report"a "Azərişıq"ın mətbat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev təsdiq edib.
Tezliklə ətraflı məlumat veriləcək.
00:50
Paytaxt Bakı da daxil olmaqla ölkənin bir sıra bölgələrində bu dəqiqələrdə işıqlar sönüb.
Teleqraf.com xəbər verir ki, hazırda "Azərişıq" ASC hadisənin səbəblərini araşdırır.