12 İyul 2018 11:11
884
12 Punto 14 Punto 16 Punto 18 Punto

"British Airways" aviaşirkətinə məxsus hava gəmisinin komandirinin təyyarənin sol mühərrikinin dayanması səbəbindən məcburi eniş barədə elanından sonra Bakı vaxtı ilə 12 iyul səhər saat 05:52-də Heydər Əliyev Beynəlxalq Aeroportunda həyəcan siqnalı verilmişdir.

Göyərtəsində 214 nəfərin (197 sərnişin və 17 uçuş heyətinin üzvü) olduğu “Boeing-777” təyyarəsi Londondan (Böyük Britaniya) Mumbay (Hindistan) şəhərinə BAW-199 nömrəli aviareysi həyata keçirirdi.

Həyəcan siqnalı ilə hava limanının bütün qəza-xilasetmə xidmətləri qaldırılmışdır. Təyyarə Bakı vaxtı ilə saat 06:29-da uğurlu eniş etmişdir, xəsarət alan yoxdur.

Sərnişinlər hava limanının tranzit zonasında yerləşdirilib, onlara yemək və içkilər təqdim edilmişdir.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu ən müasir naviqasiya və yerüstü avadanlıqlarla təchiz olunmuşdur. Bu səbəbdən aviaşirkətlər fors-major vəziyyətlər yarandıqda regionun hava məkanında məhz Bakı hava limanını seçirlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər