Bakının Nizami rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki evlərin birindən 7000 manat və 6000 ABŞ dolları, habelə qızıl əşyaları oğurlanması barədə 24-cü polis şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Cavad Qurbanov saxlanılıb.
İstintaq araşdırması zamanı məlum olub ki, Cavad Qurbanov əvvəllər də məhkum olunub.
Faktla bağlı cinayət işi başlanıb.