8 Avqust 2018 11:59
640
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biləsuvar Rayon Mərkəzi xəstəxanasının birinci mərtəbəsində rentgen otağında olan kondisionerdə tüstülənmə baş verib.

Teleqraf.com xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova qeyd edib. O bildirib ki, əraziyə gələn Fövqəladə Hallar Nazirliyinin əməkdaşları alovlanmanın qarşısını alıblar:

“Hadisə nəticəsində xəsarət alan olmayıb. Bundan əlavə, heç bir avadanlığa ziyan dəyməyib. Tüstülənmə baş verən ərazi də artıq təmizlənərək istifadəyə verilib”.

Qeyd edək ki, bu gün gecə saatlarında Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında yanğının baş verməsi haqda məlumat yayılıb. Faktla bağlı araşdırma aparılır.

***

10:43

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında baş verən yanğının təfərrüatı məlum olub.

Məlumata görə, yanğın hadisəsi avqustun 7-dən 8-ə keçən gecə, saat 2 radələrində xəstəxananın Rentgen otağında qeydə alınıb.

Belə ki, ümumi sahəsi 36 kvadratmetr olan otaq və avadanlıq yanıb.

Hadisə şahidlərinin sözlərinə görə, yanğın güclü olub. FHN-nin yanğınsöndürənləri tərəfindən yanğın spöndürülüb və genişlənməsinin qarşısı alınıb. Hadisə zamanı xəstəxana əməkdaşları və xəstələr təhlükəsiz təxliyyə ediliblər. Xəsarət alan olmayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

10:04

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında yanğın baş verib.

Məlumata görə, hadisə gecə saatlarında qeydə alınıb.

İlkin məlumata görə, otaqlardan biri yanıb. Hələlik hansı səbəbdən baş verdiyi bilinməsə də yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər