Monteneqronun “turizm paytaxtı” Budva şəhəri yaxınlığında meşə yanğını başlayıb.
Teleqraf.com xəbər verir ki, yanğının söndürülməsi üçün ölkənin Daxili İşlər Nazirliyinin 3 xüsusi təyyarəsi cəlb olunub.
Qeyd olunur ki, yanğın yaşayış bölgələrindən və turizm zonalarından uzaqda başlayıb.
Yanğının miqyasının çox böyük olmadığı məlumat verilib.