Bu gün axşam saatlarında “Bakı Xəbər” qəzetinin əməkdaşı, jurnalist Məhəmmədəli Qəriblinin halı redaksiyada qəfil pisləşib.
Teleqraf.com xəbər verir ki, o, təcili yardım maşını ilə 5 nömrəli xəstəxanaya aparılıb.
Bildirilir ki, M.Qəribli “Bakı Xəbər” qəzetinin redaksiyasında jurnalist Osman Nərimanoğlu ilə telefonla danışdığı zaman qəflətən halı pisləşərək yerə yıxılıb.
Osman Nərimanoğlu rəhbərlik etdiyi saytda M.Qəribli haqqında bir neçə tənqidi yazı yazdıqdan sonra ondan üzr istəsə də, sonradan mübahisəni sosial şəbəkədə davam etdirib. O, M.Qəribliyə görə intihar edəcətinin anonsunu verib və kömək üçün ölkə rəhbərliyinə müraciət edib.
M.Qəribli və digər jurnalistlər O.Nərimanoğlunu mübahisəni dayandırmağa çağırsalar da nəticəsi olmayıb.