İşğal olunmuş Dağlıq Qarabağda erməni hərbçi ölüb.
Teleqraf.com erməni KİV-ə istinadən xəbər verir ki, 1997-ci il təvəllüdlü hərbi qulluqçu Gevorq Aroyan sentyabrın 1-də saat 10:50 radələrində Qarabağın cənub-şərqində yerləşən hərbi hissələrdən birində naməlum şəraitdə ağır güllə yarası alıb.
Yaralı hospitala yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.
İnsidentin səbəbi barədə məlumat verilmir.