2 Oktyabr 2018 16:53
1 166
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi barədə rəsmi açıqlama yayılıb.

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun yaydığı məlumata görə, bu gün saat 10 radələrində Sumqayıt şəhər sakini Fəxrəddin Bəşirov idarə etdiyi “İsuzu” markalı 90-XU-233 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Binəqədi rayonu, Novxanı qəsəbəsi, Dəniz Kənarı küçəsində hərəkətdə olarkən yolu keçmək istəyən 2004-cü il təvəllüdlü Ayxan Qasımov və rasim Bayramovu vurub.

Nəticədə onlar aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar, o cümlədən məhkəmə-tibbi və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizaları təyin edilib, şahidlərin ifadəsi alınmış və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.

Fəxrəddin Bəşirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər