Oktyabrın 17-dən 18-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 104 cinayət faktı qeydə alınıb, onların da 21-i “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 42 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb.