30 Oktyabr 2018 10:29
688
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda Badamdar sürüşmə zonasında gərginlik qalmaqdadır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, sürüşmə zonasının yuxarı hissəsində asılı halda olan süxur kütləsinin qopması qeydə alınıb.

Sürüşmə müstəvisində olan çatların ölçüsündə nisbi artım müşahidə olunub.

Yuxarı hissədə yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik qeydə alınmayıb.


Müəllif: Aytən

Oxşar xəbərlər