14 Noyabr 2018 12:24
610
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Binəqədi qəsəbəsi ərazisində Bakı şəhər sakini Nahid Məmmədov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən 50-55 yaşlı kişini vurub.

Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov