14 Noyabr 2018 13:07
885
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda istirahət mərkəzlərindən birində dava olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Türkan qəsəbəsi sakini Vüqar Mustafayev oktyabrın 29-da rayon ərazisindəki istirahət mərkəzlərinin birində dava salıb, mərkəzin əşyalarını sındırıb.

Bundan başqa, o, noyabrın 4-də Mehman Tarverdiyevin “VAZ-2107” markalı avtomobilini qaçırıb.

Hər iki hadisə ilə bağlı 1-ci polis şöbəsinə məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Vüqar Mustafayev saxlanılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər