19 Noyabr 2018 14:33
1 198
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Cavadxan küçəsində Bakı şəhər sakini Əbdürəhman Ərəbov idarə etdiyi “Daewoo” markalı 170 saylı xətt avtobusunu qarşıdakı işıqforda dayanmış 3 avtomobilə vurub.

Xəstəxanaya yerləşdirilmiş avtobusun sürücüsü orada ölüb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov