Gəncə şəhərində soyğunçuluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, şəhərin Kəpəz rayonunda şəhər sakini olan bir yeniyetmə dələduzluqla üzləşib.
Naməlum şəxs yeniyetməni aldadaraq mobil telefonunu ələ keçirib.
Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Samir Məmmədov saxlanılıb.
Onun dekabrın 1-də daha bir nəfərin mobil telefonunu soyğunçuluq yolu ilə alması da müəyyən edilib.